CLOSE

Suggested:

    “Gənclərlə iş sahəsində Təlimçilər Bazası”na üzvlük üçün ELAN

    “Gənclərlə iş sahəsində Təlimçilər Bazası”na üzvlük üçün ELAN

    Gənclərlə iş sahəsində çalışan təlimçilərin nəzərinə!

     

    Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının tərəfdaşlığı ilə yaradılan Gənclərlə iş sahəsində Təlimçilər Bazasına üzv olmaq üçün 2020-ci ilin 15 aprel tarixinədək növbəti müraciətlərin qəbuluna başlandı.

     

    Gənclərlə iş sahəsində Təlimçilər Bazasının əsas məqsədi gənclər siyasəti sahəsində qeyri-formal təhsil imkanlarının keyfiyyətinin artırılması üçün peşəkar təlimçilərdən ibarət vahid və davamlı bazanın yaradılmasıdır.

     

    Gənclərlə iş sahəsində Təlimçilər Bazası aşağıdakı vəzifələri hədəfləyir:

     

    • Müəyyən olunmuş təlimçilər və təlimçi olmaq üçün namizədlər barədə məlumatların vahid və elektron məlumat bazasında sistemləşdirilməsi;
    • Ölkədə təlimçiliyin inkişafını təmin edəcək təşəbbüslərin həyata keçirilməsinə şərait yaradılması və davamlı dövlət dəstəyinin göstərilməsi;
    • Müxtəlif sahələr üzrə təlim mövzuları və metodiki vəsaitlərin işlənib hazırlanması və bu istiqamətdə fəaliyyətlərin dəstəklənməsi;
    • Təlimçilər bazasına daxil olan təlimçilərin peşəkar inkişafı üçün uzunmüddətli “Təlimçilər üçün təlimlər” və digər şəxsi inkişaf modellərinin dəstəklənməsi;
    • Gənclərlə iş sahəsində təlimçilərin mübadiləsinin və beynəlxalq təlim səfərlərinin dəstəklənməsi.

     

     

    Gənclərlə iş sahəsində Təlimçilər Bazasına daxil olmaq üçün 5 səbəb:

     

    • Təlimçilərə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Gənclər Fondu və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təsdiq etdiyi, etibarlılıq müddəti 2 il olan sertifikatın verilməsi;
    • Təlimçi olmaq üçün namizədlərə təlimçilik bacarıqlarının təkmilləşdirilməsi və təcrübə mübadiləsi aparmaları üçün müvafiq dəstəyin göstərilməsi;
    • Layihə icraçıları və donorlar tərəfindən daha asan şəkildə, elektron baza vasitəsilə təlimçilərin seçilməsi;
    • Təlimlərdə iştirak edən gənclərin bilik və bacarıqlarının tanınması.

     

    Necə müraciət etməli?

     

    Əgər Siz də Gənclərlə iş sahəsində Təlimçilər Bazasına üzv olmaq istəyirsinizsə, 15 aprel 2020-ci il tarixinədək aşağıdakı onlayn müraciət formasını doldurmaqla qeydiyyatdan keçə bilərsiniz.

    Müraciət formasına keçid:Qeydiyyat

     

    Tələb olunan sənədlərin siyahısı:

    • müraciət forması (əlavə №1);
    • təlimçilik təcrübəsi barədə qısa məlumat forması (əlavə №2);
    • tərcümeyi-hal (CV);
    • ictimai fəaliyyəti barədə məlumat;
    • yerli və beynəlxalq səviyyədə keçirilən “Təlimçilər üçün təlimlərdə” (Training of trainers) iştirakı təsdiq edən sənədlərin (şəhadətnamə və. s.) surətləri;
    • şəxsiyyət vəsiqəsinin surəti;
    • ali təhsil barədə sənədin surəti (əgər varsa);
    • elektron formada 1 ədəd 3x4 ölçüdə şəkil.

     

    Qeyd: Yalnız lazımi sənədlərin hər birini strukturlu şəkildə və tam formada yükləmiş namizədlərin müraciətləri nəzərə alınacaq.

    Hibya Xəbər Agentliyi