Litvada son sutka ərzində koronavirusa (COVID-19) yoluxanların sayı 46 nəfər artaraq 255-ə çatıb.
Hibya xəbər verir ki, bu barədə Litvanın Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, epidemiyanın yayıldığı tarixdən bəri ölkədə 3471 nəfər müayinə olunub.
Nazirliyin məlumatına əsasən, son sutka ərzində COVID-19 virusuna görə 737 nəfərin analizinin 46-nın nəticəsi müsbət çıxıb.
Virusa yeni yoluxma hallarının artacağı istisna olunmur.
Qeyd edək ki, ölkədə bu günə qədər COVID-19 koronavirusundan 4 ölüm hadisəsi qeydə alınıb.
Hibya Xəbər Agentliyi