CLOSE

Suggested:

    Azərbaycanda koronavirusa ən çox yoluxma faktı 50-59 yaşarasında qeydə alınıb - 248 nəfər

    Azərbaycanda koronavirusa ən çox yoluxma faktı 50-59 yaşarasında qeydə alınıb - 248 nəfər

    İndiyədək Azərbaycanda koronavirusa ən çox yoluxma faktı 50-59 yaşarasında rast gəlinib. Belə ki, bu yaş qrupunda 248 nəfər koronavirusa yoluxub.

    Xbr.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

    O bildirib ki, bundan əlavə ikinci ən çox yoluxma halı 30-39 yaşarasında qeydə alınıb - 214 nəfər: "Doqquz yaşadək uşaqlar arasında 66 , 10-19 yaşarası 60, 20-29 yaşarası 175, 40-49 yaş arası 198, 60-69 yaşarası 157, 70-79 yaşarası 56, 80 yaş və ondan yuxarı isə 23 nəfərdə yoluxma qeydə alınıb.

    Ölkədə virusa yoluxanlardan 640 nəfəri qadın, 557 nəfəri isə kişidir.

    Hibya Xəbər Agentliyi