CLOSE

Suggested:

    “AzerGold” QSC qanvermə aksiyası keçirib

    “AzerGold” QSC qanvermə aksiyası keçirib

    “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın çağırışına və təşəbbüsünə qoşularaq qanvermə aksiyası keçirib.

    QSC-dən bildirilib ki, “AzerGold”un əməkdaşları irsi qan xəstəliklərindən, xüsusilə də talassemiyadan əziyyət çəkən uşaqlara dəstək olmaq və onlar üçün tədarük olunan qan ehtiyatını artırmaq məqsədilə Milli Hematologiya və Transfuziologiya Mərkəzində könüllü olaraq qan veriblər.

    Həkim hemotoloqlar tərəfindən hər bir donorun sağlamlığı əvvəlcədən müəyyən olunub və hərtərəfli tibbi müayinədən sonra donorlardan qan götürülüb. Götürülən qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkən uşaqlar üçün istifadə olunacaq.

    Hibya Xəbər Agentliyi