CLOSE

Suggested:

    Özbəkistanda COVID-19-dan 1096 nəfər sağalıb

    Özbəkistanda COVID-19-dan 1096 nəfər sağalıb

    Özbəkistanda indiyədək koronavirusdan 1096 nəfər sağalıb.

    Xbr.az Özbəkistan Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, son 24 saat ərzində Özbəkistanda COVID-19-a 62 nəfər yoluxub və onların ümumi sayı 2017-yə çatıb.

    Bildirilir ki, bu günədək 1096 nəfər sağalıb, 912 nəfər müalicə alır, 9 xəstə ölüb.

    Ölkədə karantin rejimi yumşaldılmağa başlanılıb, bununla belə karantin mayın 10-dək qüvvədədir.

    Xatırladırıq ki, martın 30-dan ölkədə fərdi maşınların şəhərə çıxmasına qadağa qoyulmuşdu. Artıq fərdi maşınlar səhər saat 7.00-dan 10. 00-dək və axşam saat 17.00—dan 20.00-dək şəhərə çıxa bilər. Hələ ki, Özbəkistanın şəhərlərində ictimai nəqliyyat, taksilər, Daşkənddə metro işləmir.

    Hibya Xəbər Agentliyi