CLOSE

Suggested:

    “Qala Sığorta” sürətlə böyüməyə davam edir

    “Qala Sığorta” sürətlə böyüməyə davam edir

    Sığorta bazarında müştərilərə daim yeniliklər təqdim edən “Qala Sığorta” bu dəfə cari ilin I rübünün yekunları üzrə uğurlu maliyyə göstəricilərini açıqlayıb. 

    Şirkətin İctimaiyyətlə əlaqələr xidmətindən verilən məlumata görə, ötən ilin yanvar-mart aylarında şirkətin satış komandası tərəfindən      5 626 014 manat həcmində sığorta haqqı toplanmışdırsa, 2020-ci ilin I rübünün yekununda bu rəqəm 5 108 723 manat və ya təxminən 2 dəfə artaraq 10 734 737 manata çatmışdır.

    Sığorta haqları şirkətin ənənəvi sığorta məhsulları ilə yanaşı qeyri-ənənəvi məhsullarının uğurlu inkişafı nəticəsində əldə olunmuşur. Belə ki, şirkət kənd təsərrüfatı risklərinin sığortası proqramı çərcivəsində kənd təsərrüfatı heyvanlarının və kənd təsərrüfatı texnikalarının bütün risklərdən sığortası, həmçinin sığorta bazarında digər şirkətlərin ehtiyatla yanaşdığı bank risklərinin sığortası kimi sığorta növlərini istehlakçılara  peşəkarlıqla təqdim edir.

    Yığımlardakı artımla yanaşı, şirkətin məcmu sığorta ödənişlərində də artım müşahidə olunub. Hesabatdakı rəqəmlərə nəzər yetirdikdə məlum olur ki, “Qala Sığorta” tərəfindən cari ilin I rübündə müxtəlif sığorta hadisələri üzrə ümumilikdə 820 102 manat sığorta ödənişi verilmişdir ki, bu da 2019-cu ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə  292 572 manat və ya 55,4% çox olub.

    Bildirilir ki, sığorta ödənişləri müvafiq qanunvericiliyin tələbinə uyğun olaraq vaxtında və opertaiv qaydada həyata keçirilmişdir.    

    “Qala Sığorta” şirkəti 20 illik fəaliyyət tarixinə malikdir. Şirkət rebrendiq edərək 2015-ci ildən “Qala Sığorta” brendi altında yeni strategiya ilə fəaliyyətə başlayıb. Şirkətin yeganə səhmdarı “AzRe Təkrarsığorta” ASC-dir.

    Şirkət müştərilərinə baş ofis, 1 filial və 9 regional nümayəndəlik vasitəsi ilə qanunvericiliklə nəzərdə tutulan qeyri-həyat sığorta sahəsinin 27 növü üzrə, o cümlədən 23 könüllü və 4 icbari sığorta məhsulları üzrə xidmətlər göstərir.

    Hibya Xəbər Agentliyi