CLOSE

Suggested:

    Qırğızıstanda koronavirusa yoluxanların sayı 466 nəfərdir

    Qırğızıstanda koronavirusa yoluxanların sayı 466 nəfərdir

    Qırğızıstanda COVID-19 koronavirusuna yoluxanların sayı 47 nəfər artıb və 466-ya çatıb.

    Qırğızıstan Səhiyyə nazirinin müavini Nurbolot Usenbayev Bişkekdə keçirdiyi brifinqdə bildirib ki, xəstələrin 251-i qadın, 215-i kişidir. Onların da 41-i 15 yaşınadək uşaq və yeniyetmədir. O deyib ki, bu günədək 91 xəstə sağalıb və evə buraxılıb, 5 nəfər dünyasını dəyişib, 11 xəstə ağır vəziyyətdədir.

    Tibb işçilərindən virusa yoluxanların sayı 83-ə çatıb.

    Hibya Xəbər Agentliyi