CLOSE

Suggested:

    Ukraynada son sutkada 325 nəfər koronavirusa yoluxub, 10-u ölüb

    Ukraynada son sutkada 325 nəfər koronavirusa yoluxub, 10-u ölüb

    Ukraynada son sutkada 325 nəfər koronavirusa yoluxub. Bununla da ölkədə koronavirusa tutulanların sayı 3102 nəfərə çatıb ki, onların 170-ə yaxını uşaqdır.

    Frame.az ölkənin Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, son sutkada 10 nəfər ölüb. Ümumilikdə, koronavirusdan ölənlərin sayı 93 nəfərə çatıb. Koronavirusdan ölənlərin 85 faizində ürək-damar xəstəlikləri, şəkərli diabet, böyrək çatışmazlığı kimi xəstəliklər olub. 97 nəfər tam müalicə olunaraq evlərinə buraxılıb.

    Ukraynada koronavirusa yoluxanların 60 faizi 30-59, 20,7 faizi isə 60-100 yaşlı insanlardır.

    Qeyd edək ki, ölkədə aprelin 24-dək bütün beynəlxalq uçuşlar dayandırılıb, karantin elan edilib.

     

    Hibya Xəbər Agentliyi