Mayın 12-də Yaponiyanın şimalında yerləşən Hokkaydo adası sahillərində 4,3 bal gücündə zəlzələ baş verib.
Yaponiya Meteorologiya Agentliyi xəbər verir ki, yerli vaxtla saat 11:44 dəqiqədə qeydə alınan yeraltı təkanların episentri adanın şimalında, Nemuro şəhəri yaxınlığında, ocağı 50 kilometr dərinlikdə yerləşib.
Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir. Sunami xəbərdarlığı elan olunmayıb.