Azərbaycanda koronavirus pandemiyası ilə əlaqədar olaraq karantin rejiminin tətbiq olunduğu dövrdə Abşeron rayonunda COVID-19 virusun yayılmasının qarşısının alınması məqsədilə tibbi-profilaktik tədbirlər davam etdirilir.
Frame.az xəbər verir ki, həyata keçirilən tədbirlər çərçivəsində xüsusi diqqət və qayğıya ehtiyacı olan insanlara, aztəminatlı ailələrə maddi və mənəvi dəstək göstərilməsi istiqamətində sosial aksiyalar keçirilir.
Belə ki, rayon ərazisində yaşı 65-dən yuxarı olan vətəndaşların evdən çıxma qadağası nəzərə alınaraq tənha yaşayan ahıl şəxslərə və aztəminatlı ailələrə, şəhid, əlil ailələrinə yardımlar edilir. Abşeron Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə keçirilən aksiyaya sahibkarlar da qoşulub.
Xırdalan şəhəri də daxil olmaqla, rayonun 15 kənd və qəsəbəsini əhatə edən 5 minə yaxın sakininə gündəlik istifadə olunan ərzaq yardımları edilib. İcra nümayəndəliklərinin və bələdiyyə üzvlərinin, o cümlədən könüllülərin iştirakı ilə aksiya zamanı sakinlərlə profilaktik söhbətlər aparılıb, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələri onların diqqətinə çatdırılır.
Bu nəcib təşəbbüsü razılıqla qarşılayan insanlar göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Hibya Xəbər Agentliyi