Heydər Əliyev Fondunun çağırışına və təşəbbüsünə dəstək olaraq aprelin 13-də Fövqəladə Hallar Nazirliyində (FHN) könüllü qanvermə aksiyası keçirilib.
FHN-in mətbuat xidmətindən bildiriblər ki, qanvermə aksiyası irsi qan xəstəliklərindən, xüsusilə də talassemiyadan əziyyət çəkən insanlara dəstək məqsədilə Qan Bankının tibbi personalının iştirakı ilə nazirliyin Tibb Xidmətinin Tibb Mərkəzində təşkil olunub. Aksiyada nazirliyin şəxsi heyəti könüllü olaraq qan verib.
Hibya Xəbər Agentliyi