İrana qarşı sanksiyalara görə sosial şəbəkələrdə geniş kompaniyaya başlanılıb

İrana qarşı sanksiyalara görə sosial şəbəkələrdə geniş kompaniyaya başlanılıb

İranda koronovirusla mübarizə üçün yaradılan operativ qərargahın, ölkənin Səhiyyə Nazirliyinin və rəsmi şəxslərin xəbərdarlıqlarına baxmayaraq, insanlar sosial təcridə meylli deyillər.

Frame.az xəbər verir ki, bununla əlaqədar olaraq Prezident Həsən Ruhani regionlar arası əlaqələrin kəsilməsi barədə tapşırıq verib. Bu gündən şəhərlər arası avtobus və təyyarə reyslərinə məhdudiyyət tətbiq ediləcək.

İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Rusiyalı həmkarı Serqey Lavrov ilə telefon əlaqəsi saxlayıb. Nazirlər İranda koronovirusun yayılması və ABŞ-ın sanksiyalarının virusa qarşı mübarizəyə maneə olmasını müzakirə ediblər.

Avropa İttifaqı isə İrana virusla mübarizənin səmərəsini artırmaq üçün 20 milyon avro humanitar yardım ayırıb.

ABŞ-da sosial şəbəkələrdə İrana qarşı tətbiq edilən iqtisadi sanksiyaların aradan qaldırılması üçün geniş kompaniya başlayıb. “80 milyon insan üçün 80 saat” devizi ilə keçirilən kompaniyanın iştirakçıları əhalini ABŞ-ın Maliyyə Nazirliyinə zəng vurub koronovirusun yayılmasının qarşısını almaq məqsədilə İrana qarşı sanksiyaları aradan qaldırmağı xahiş etməyə çağırıblar.

Mütəxəssislər qeyd edirlər ki, ABŞ-ın sanksiyaları daha da şidətləndirməsi virusla mübarizə imkanlarını məhdudlaşdırır ki, bu da İranda 3,5 milyon insanın həlak olması ilə nəticələnə bilər.

Qeyd edək ki, buna bənzər kompaniya Böyük Britaniyada da sosial şəbəkələrdə aparılır.

Hibya Xəbər Agentliyi