Son 24 saat ərzində İranda koronavirusdan 111 nəfər ölüb. Bununla da COVID19-dan bu ölkədə ölənlərin ümumi sayı 4 min 585 nəfərə, yoluxanların sayı isə 73 min 303 nəfərə çatıb.
Frame.az xəbər verir ki, bu barədə məlumatı İranın Səhiyyə Nazirliyinin mətbuat kaibi Kiyanuş Cahanpur verib. O bildirib ki, xüsusi xəstəxanalarda müalicə alan 45 min 983 nəfər sağalaraq evə buraxılıb.
Aprelin 11-dən başlayaraq İranda karantin şərtləri yumşaldılıb. Lakin Səhiyyə Nazirliyi əhaliyə diqqətli olmağa və sosial məsafə saxlamağa çağırıb.
Hibya Xəbər Agentliyi