Aprelin 12-də axşam saatlarından 13-ü saat 10.00 -a olan məlumata görə Özbəkistanda COVID-19 koronavirusuna yoluxanların sayı 63 nəfər artıb və 896-ya çatıb.
Frame.az Özbəkistan Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, ölkədə bu virusdan tam sağalanların sayı 66-dır, dörd xəstə ölüb.
Bildirilir ki, xəstəliyə yeni yoluxanlar da karantində olanların hesabına artıb.
Xatırladırıq ki, hazırda Özbəkistanda stasionar və ev şəraitində karantində təxminən 90 min nəfər var.
Hibya Xəbər Agentliyi