Özbəkistanda koronavirusa yoluxanların sayı 55-ə çatıb

Özbəkistanda koronavirusa yoluxanların sayı 55-ə çatıb

Özbəkistanda son sutka ərzində koronavirusa yoluxanların sayı 6 nəfər artıb. Ümumilikdə isə, bu xəstəliyə yoluxanların sayı 55-ə çatıb.

Hibya Özbəkistan Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, ölkədə COVID-19 ilk dəfə martın 15-də Parisdən Daşkəndə gələn Özbəkistan vətəndaşında aşkar olunub. On gün ərzində koronavirusa yoluxanların sayı 55-ə çatıb və hər gün artır. Son 24 saat ərzində bu xəstəlik koronavirusa yoluxanlarla heç bir əlaqəsi olmayan bir qızda da aşkarlanıb.

Koronavirusa yoluxanlar Elmi-Tədqiqat Virusologiya İnstitunun klinikasında müalicə alırlar. Virusa yoluxanlar arasında ölənlər yoxdur.

Qeyd edək ki, Özbəkistanda 12,7 min adam karantindədir. Onların 7,4 mini xəstəxanalarda, qalanları isə ev şəraitində karantinə alınıb.

Hibya Xəbər Agentliyi