“Qala Sığorta” bazarda ilk olan mobil tətbiqini istifadəyə verib

“Qala Sığorta” bazarda ilk olan mobil tətbiqini istifadəyə verib

Texnoloji yenilikləri yaxından izləyən və iş prosesinə inteqrasiya edən “Qala Sığorta” şirkəti bu dəfə də bazarda ilkə imza ataraq icbari sığorta əldə etməyin mümkün olduğu mobil tətbiqini istifadəyə verib.

Artıq müştərilər mobil telefonları ilə istənilən vaxt, heç yerə zəng etmədən, növbə gözləmədən İcbari Avtomobil Sığortasını online şəkildə əldə edə biləcəklər. Tətbiq vasitəsilə İcbari Avtomobil Sığortasının əldə olunması ilə yanaşı, sığorta qaydaları və yaddaş vərəqələri ilə tanış olmaq, “Qala Sığorta” ofislərinin ünvanları və digər əlaqə vasitələrini rahat şəkildə tapmaq kimi funksiyalardan istifadə etmək mümkündür.

Dünyanı narahat edən koronavirus pandemiyasının yayıldığı bir dövrdə bütün xidmətlərin olduğu kimi, sığorta xidmətlərinin də distant şəkildə icra olunmasının vacibliyini nəzərə alan “Qala Sığorta” şirkəti tezliklə tətbiqin funksiyalarını genişləndirməyi nəzərdə tutur.

 

“Qala Sığorta” şirkətinin mobil tətbiqini Google Play Market və Apple App Store-dan aşağıdakı keçidlər vasitəsi ilə yükləyə bilərsiniz:

GooglePlay Market:  https://bit.ly/Qalagoogleplay

Apple App Store: https://bit.ly/Qalaappstore

 

Xatırladaq ki, yeganə səhmdarı “AzRe Təkrarsığorta” ASC olan “Qala Sığorta” şirkəti müştərilərinə 1 filial və 10 regional nümayəndəlik vasitəsi ilə qanunvericiliklə nəzərdə tutulan qeyri-həyat sığorta sahəsinin 23 növü üzrə, o cümlədən 19 könüllü və 4 icbari sığorta məhsulları üzrə xidmətlər göstərir.

Hibya Xəbər Agentliyi