Yaponiyada yeni koronavirusa yoluxanların sayı 1800 nəfəri ötüb

Yaponiyada yeni koronavirusa yoluxanların sayı 1800 nəfəri ötüb

Martın 22-nə olan məlumata görə, Yaponiyada yeni koronavirusa yoluxanların ümumi sayı 1814 nəfər təşkil edib.

Frame.az Yaponiya Səhiyyə, Əmək və Sosial Təminat Nazirliyinə və yerli administrasiyalara istinadla xəbər verir ki, ötən sutka ərzində daha 47 nəfər bu virusa yoluxub. Ümumi saya Yaponiyanın özündə bu virusa yoluxan 1102 nəfər, Çindən çarter reysi ilə gətirilənlər arasında olmuş 14 nəfər və “Diamond Princess” kruiz gəmisindəki 712 nəfər daxildir.

Yeni koronavirusa yoluxma nəticəsində ölənlərin sayı isə 49 nəfər təşkil edib ki, bunların da səkkizi kruiz laynerində olanlardır.

Nazirlikdən əlavə olaraq bildiriblər ki, hazırda yeni koronavirusa yoluxanlar arasında vəziyyəti daha ağır olanların sayı 61 nəfərdir.

Ümumilikdə 766 nəfərin (Yaponiyada yoluxanlar 215 nəfər, kruiz laynerində 551 nəfər) sağalaraq, xəstəxanaları tərk etdikləri də bildirilir.

Hibya Xəbər Agentliyi