“Azeri Light”ın bir barrelinin qiyməti 19 dollara çatır

“Azeri Light”ın bir barrelinin qiyməti 19 dollara çatır

Azərbaycan neftinin qiyməti bahalaşır.

Xbr.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 2,13 dollar artaraq 18,74 dollar təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

Hibya Xəbər Agentliyi