7 may tarixində Azərbaycanın milli aviaşirkəti tərəfindən İstanbuldan Bakıya iki çarter reysi həyata keçirilmişdir. Həmin reyslərlə 212 Azərbaycan vətəndaşı Bakıya gətirilmişdir.
⠀
Daha əvvəl bu həftə AZAL aviaşirkəti tərəfindən Moskvdan Bakıya daha bir çarter reysi həyata keçirilmişdir. Həmin reysdə 169 nəfər həmvətənlimiz olub.
⠀
Ölkəyə gələn sərnişinlərin hamısı mütləq qaydada karantinə yerləşdirilmişdir.
⠀
Qeyd edək ki, AZAL aviaşirkəti həmvətənlərimizin vətənə geri qaytarılması üzrə çarter reyslərini Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən edildiyi plana uyğun olaraq həyata keçirir.
Hibya Xəbər Agentliyi