İtaliyada koronavirus qurbanlarının sayı 20 mini ötdü

İtaliyada koronavirus qurbanlarının sayı 20 mini ötdü

İtaliyada son sutkada daha 566 nəfər koronavirusun qurbanı olub. Bununla da ölkədə pandemiyadan ölənlərin sayı 20 465-ə çatıb.

Bildirilib ki, koronavirusa yoluxanların sayı daha 3 153 nəfər artaraq 159 516-ya yüksəlib.

İtaliyada koronavirusdan sağalanların sayı isə 30 435 nəfərdir.