Litvada son sutka ərzində koronavirusa (COVID-19) yoluxanların sayı 7 nəfər artaraq 1406-a çatıb.
Xbr.az xəbər verir ki, bu barədə Litvanın Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, epidemiyanın yayıldığı tarixdən bəri ölkədə 138 min 270 nəfər müayinə olunub.
Nazirliyin məlumatına əsasən, son sutka ərzində COVID-19 virusuna görə 5502 nəfərdən götürülən analizin 7-nin nəticəsi müsbət çıxıb.
Virusa yeni yoluxma hallarının artacağı istisna olunmur.
Qeyd edək ki, indiyədək bu ölkədə koronavirusdan 46 ölüm faktı qeydə alınıb.
Hibya Xəbər Agentliyi