Misirdə son sutka ərzində COVID-19 virusuna 346 yoluxma halı qeydə alınıb.

Misirdə son sutka ərzində COVID-19 virusuna 346 yoluxma halı qeydə alınıb.

Misirin Səhiyyə Nazirliyinin məlumatında ölkədə koronavirusa yoluxanların ümumi sayının 9 min 746 nəfərə çatdığı qeyd olunur.

 

Məlumatda mayın 11-də COVID-19 virusundan 8 nəfərin öldüyü, həyatını itirənlərin ümumi sayının 533 nəfərə çatdığı bildirilib. Əlavə edilib ki, son sutka ərzində xəstəlikdən 97 nəfər sağalıb, ümumilikdə isə ölkədə fəaliyyət göstərən 17 karantin xəstəxanasında 2172 pasiyent tam müalicə olunub.

 

Misir hökuməti Ramazan ayında karantin rejimini yumşaldıb və ötən 16 gün ərzində yoluxma halları daha da artıb. Hazırda 17 karantin xəstəxanasında vəziyyəti ağır və orta-ağır olan xəstələr müalicə olunur, digər pasiyentlər isə universitet yataqxanalarına köçürülüb. Bəzi millət vəkilləri yoluxma hallarının artması ilə əlaqədar hökumətə karantin rejiminin sərtləşdirməsini təklif ediblər.

 

Koronavirus pandemiyası dövründə iqtisadiyyatı stimullaşdırmaq məqsədilə Prezident Əbdülfəttah əs-Sisi dövlət büdcəsindən daha 10 milyard Misir funtu həcmində vəsait ayrılması barədə sərəncam verib.

Hibya Xəbər Agentliyi